“Arsenal” azarkeşləri “Mançester Yunayted”ə qarşı keçirdikləri İngiltərə Premyer Liqasının XXXIV tur oyununda anlamlı jest edib.
Veteninfo.az-ın məlumatına görə, bu, rəqib futbolçu Kriştianu Ronaldunun yeni doğulan əkiz övladlarından birinin dünyasını dəyişməsi ilə əlaqədardır.
Fanatlar matçın 7-ci dəqiqəsində oğlan uşağının xatirəsini alqışlarla yad ediblər. Ronaldu qarşılaşmaya start heyətdə başlayıb.
Qeyd edək ki, hazırda “Arsenal” 1:0 hesabı ilə öndədir.