Rusiyanın sanksiyalara görə təbii qaz satışını dayandırması ilə enerji böhranına girən Avropa üçün daha bir pis xəbər Ukraynadan gəldi.
Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları səbəbindən Avropaya elektrik enerjisi nəqlini dayandırıb.
Zelenski deyib: “Təəssüf ki, biz bu prosesi (Avropaya enerji axını) dayandırdıq, çünki Rusiya Federasiyası bizim enerji sistemimizi raketlər və kamikadze dronlarla vurdu. Amma əminəm ki, hər şey normallaşanda və enerji sistemlərimizdəki vəziyyət yenidən bərpa olunar, biz Avropaya elektrik enerjisi ixrac edə bilərik və bunu davam etdirəcəyik”.