image-6fadb367-be53-4d3a-bd2c-8c3286d93167backend

Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq

image-reklam_sirab_01

 

 

Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işıüzar səfəri zamanı Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü keçirildi. Görüş zamanı dost və qonşu ölkədə Prezident İlham Əliyevə göstərilən hörmət, ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir.

Dövlətlərimiz arasında olan əlaqələr müasir dövrdə regionun inkişafı və əbədi sabitliyi üçün də mühüm önəm kəsb edir. Prezidentin Gürcüstana səfəri çərçivəsində səslənən fikirlər də bunu bir daha təsdiqləyir. Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz çıxışında bəyan etdi ki, iki ölkənin strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir.

İki qonşu və dost ölkə həm ikitərəfli formatda mühüm addımlar atır, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. Bu ilin 9 ayında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Heç şübhəsiz ki, dövlət başçısının da bəyan etdiyi kimi Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki dövlət arasındakı əməkdaşlığı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.

Gürcüstan-Azərbaycan əməkdaşlığının gnişlənməsinə xidmət edəcək layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bəyan edildiyi kimi bu sırada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Beləliklə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq.

Səfər çərçivəsində qaz ixracı ilə bağlı görüləcək işlər ikitərəfli formatda müzakirə olundu. Eyni zamanda bəyan edildi ki, bununla bağlı gələcək müzakirələrə ehtiyac var. Bundan başqa o da məlum oldu ki, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Azərbaycan bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyir. Beləliklə, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir.

 

Tufan Məmmədov – iqtisadçı ekspert

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki