Aprel ayının 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşmüşdür. Ölkəmizdə Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarımız çoxdur. Buna bariz nümunə kimi, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz qazandığı qüələbədir. Belə ki, 16 medal qazanmış idmançılarımız bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmağı bacarmışlar.
Hər kəsə məlumdur ki, Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab olunur. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanmış vəhər iki növ üzrə Avropa birincisi olmuşlar.
44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunun artması deməkdir.
Ölkəmizdə vətənpərvərliyi gücləndirən amillərdən biri də tarixi-hərbi Zəfərimiz və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan geniş istifadə edir. Azərbaycanda hər kəs öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
2024-cü ildə Parisdə Yay Olimpiya Oyunları keçiriləcəkdir. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər.
İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atdı. Bizim dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan bu namərd atəş nəticəsində şəhid oldular.
Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab verdi. Ədalət, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik və etdikdə.
Bilməliyik ki, qələbədən daha vacibi ləyaqətin olmasıdır. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıblar və gələcəkdə də qazanacaqlar. Bu bizim milli dəyərlərimizlə bağlı olan bir məsələdir.