Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 300 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
4 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 2 303 dollar təşkil edib, bu da gün ərzində 27%-lik artım deməkdir.
Qeyd edək ki, həftə ərzində Avropada qazın qiyməti 119% artıb.
Xatırladaq ki, 4 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 411,3 dollaradək yüksəlib.