Avstriya və Danimarka yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunu planlaşdırılan vaxtda başlamayıb.
Veteninfo-nun məlumatına görə, buna “Ernst Happel” stadionunda elektrik enerjisinin kəsilməsi səbəb olub.
Vyana şəhərində bəzi ərazilərin işıqsız qaldığı bildirilib. Qarşılaşmanın 00:15-də start götürəcəyi gözlənilir. Matç 22:45-də başlamalı idi.