image-6049fbb498255backend

AXC-Müsavat cütlüyünün oynadığı mənfi rol

image-reklam_sirab_01

“Müstəqilliyimizin ilk illərində antimilli qüvvələr-AXC-Müsavat cütlüyü ölkəmizi demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi.
Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu.” Bu fikirləri Prezident İlham Əliyev Qax rayonunda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bildirib.Qeyd etmək lazımdır ki, hələ ulu öndər Heydər Əliyev siyasi fəaliyyətini Moskvada davam etdirməyə başlayandan sonra Azərbaycanın iqtisadi, sənaye potensialı yavaş-yavaş enməyə başlayır, ölkə iqtisadiyyatında tənəzzül hökm sürürdü.
Sonrakı dövrdə, keçmiş Sovet İttifaqının süqutundan başlayaraq Azərbaycanda tüğyan edən hərc-mərcilik ərazilərimizin bir hissəsinin erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzləmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana qərq olmuşdu. Bu zaman hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddə çatmışdı. Söhbət ondan gedir ki, 1991-ci ildən başlayaraq ölkə iqtisadiyyatında ümumi daxili məhsul istehsalı hər il orta hesabla 16,5 faiz azalmış, istehsal potensialının 2/3 hissəsi sıradan çıxmışdı. Ümumi xarakterizə etsək, bu dövrdə ölkə iqtisadiyyatının həcmi 1989-cu ilin müvafiq göstəricisinin 20 faizini təşkil edirdi. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təskil etmişdi ki, nəticədə sonrakı illərdə bu rəqəm özünün ən yüksək həddinə – 1763,5 faizə çatmışdı. Bu dövrdə ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı.
Məhz bu səbəblərə görə issizlik səviyyəsi xeyli artmışdı. 1991-ci ildən baslayaraq 4 il ərzində əməkhaqqı 5,7 dəfə azalmışdı.Məhz bütün bunlardan sonra Azərbaycan maliyyə imkanlarından məhrum olmaqla yanaşı, dünyada həm də olduqca riskli ölkə kimi tanınırdı. Buna görə də ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra qarşıya qoyulan vəzifələrdən biri də Azərbaycanı dünyaya tanıtmaq, investisiyaları cəlb etmək idi. Nəticədə “Əsrin müqaviləsi”nın imzalanması bunun ilk bariz nümunəsi oldu. Bununla da Azərbaycana böyük investisiya axınını təmin edən bu tarixi layihə ölkəmizin həyatında xüsusi rol oynadı. Eyni zamanda, sənaye istehsalı ilə yanaşı, kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar qeyri-neft sektorunda inkişafın əsasını qoydu.
1994-1995-ci illərdən baslayaraq ardıcıl sürətdə iqtisadi islahatların həyata keçirilməsi nəticəsində 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə də həmin illər bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Ölkənin maliyyə vəziyyəti sabitləsdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yüksəldi. Həmin illərdən başlayaraq “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)” Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsi, “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə”, “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanların verilməsi, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Torpaq islahatı haqqında” qanunlarının qəbul olunması və digər tədbirlər ölkəmizi iqtisadi çətinliklərdən qurtarmaqla yanaşı, həmçinin iqtisadi inkişafın onurğa sütununa çevrildi.Həmin illəri xatırladan dövlətimizin başçısı bazar iqtisadiyyatına keçidin kənd təsərrüfatının da inkişafına səbəb olduğunu vurğulayıb: “Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf dövrü başlamışdır.”
Nəticə etibarilə bütün bunlar Azərbaycanın AXC-Müsavat hakimiyyəti illərində düçar olduğu iqtisadi tənəzzüldən necə qurtulduğunun əyani göstəricisidir. Bu gün isə artıq Azərbaycan Cənubi Qafqazın ümumi iqtisadiyyatının 75 faizini özündə cəmləşdirir. Ölkəmiz region əhəmiyyətli layihələrə imza atmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də əhəmiyyətli rol oynamağa hazırlaşır. Ölkəmiz makroiqtisadi sabitliyin təmin olunmasına görə nəinki regionda, eyni zamanda dünyada əsas yerlərdən birini tutur.
Ebru Agayeva
Bakı Slavyan Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki