image-reklam-veteninfo
image-1backend

Monteneqroda saxlanılan vətəndaşımız sərbəst buraxıldı

image-reklam-veteninfo

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.

Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Xatırladaq ki, bir müddət əvvəl Monteneqronun paytaxtı Podqoristada bıçaqlı insident baş verib. İnsidentin iğtişaşlara çevrilməsi fonunda bir qrup şəxs Monteneqro hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılanlar arasında Türkiyə vətəndaşları da olub. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi və Monteneqrodakı diplomatik ofisi Azərbaycan vətəndaşının vəziyyətini diqqətdə saxlayıb, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Monteneqro Ombudsmanına müraciət edib.

O, məktubunda məsələnin nəzarətə götürülərək bununla bağlı Monteneqronun Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını qeyd edib.

S.Bjekoviç həmçinin məktubunda etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Hadisə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki