“Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındır”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Düşünürəm ki, buna yaxınıq”, – jurnalistlərin müvafiq sualına cavabında o bildirib.
Simonyan Azərbaycanın sülh sazişinin imzalanması üçün ilkin şərtlər irəli sürməsi fikri ilə razılaşmayıb:
“Onlar narahatdırlar ki, sənədlərdə hər şey qaydasında olsun, çünki həyatdır, sabah hər şey ola bilər. Onlar sığortalansın deyə istəyirlər ki, sabah və ya gələcəkdə yeni müharibə olmasın, bu, əslində yaxşı niyyətdir”.
Spikerin sözlərinə görə, Ermənistan regionda sülhün təmin olunması üçün hər şeyi edir, buna baxmayaraq, kövrək də olsa, regionda sülh bərqərar olub.
“Sülhün yekun razılaşma şəklini almasını təmin etmək üçün hər şeyi edirik və edəcəyik, amma artıq yerdə sülh var”, – o vurğulayıb.
Simonyan misal çəkib ki, Ermənistanın Gürcüstanla sülh müqaviləsi yoxdur, amma iki ölkə arasında sülh var.Teleqraf


























