Vətəninfo.az xəbər verir ki, jurnalist Ekrem Konur verdiyi açıqlamaya görə, Portuqaliyalı Famalicao-nun mərkəz hücumçusu Yasir Zabiri Avropanın bir sıra aparıcı klublarının diqqətini çəkib.
Mənbənin sözlərinə görə, “Barselona” 20 yaşadək futbolçulardan ibarət Mərakeş dünya çempionatının qalibi ilə ciddi maraqlanır və mümkün transferlə bağlı artıq Famalicao rəhbərliyi ilə əlaqə saxlayıb.
Lakin futbolçu ilə “Sevilya”, “Porto” və “Benfika” da maraqlanıb.
Bu mövsüm 20 yaşlı Zabiri Portuqaliya çempionatında 3 oyunda iştirak etsə də, hələ ki, qol vura bilməyib.
Transfermarkt-ın məlumatına görə, mərakeşli hücumçunun transfer dəyəri 600 min avro qiymətləndirilir.


























