Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu il respublika üzrə yollarda nişanlanma işlərinə sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.

Qurumun bununla bağlı elan etdiyi satınalma müsabiqəsi yekunlaşıb.

Nişanlanma işlərinin həyata keçirilməsi üçün “Sumqayıt Texnologiyalar Parkı”nın tabeliyindəki “STP-Btech” şirkəti 29.4 milyon manat ödəniş təklif edib.

Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, AYNA ötən il respublika ərazisində – magistral yollarda xətlənmə işlərinə 11 milyon 465 min manat, nişanlanma işlərinə isə 33 milyon 549 min manat (ümumilikdə 45 milyon manat) vəsait sərf edib. /İqtisadiyyat.az