image-7backend

Azad edilmiş ərazilərdə tullantılarla bağlı tədbirlər planı hazırlanıb

image-reklam_sirab_01

“Azad edilmiş ərazilərə tökülən tullantılarla bağlı ayrıca tədbirlər planı hazırlamışıq”.

Vətəninfo.az xəbər verir ki, bunu 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”nun zəruri əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ictimai müzakirədə Ekologiya və Təbii Sərvətlər Nazliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, artıq 2021-ci ildən ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə tullantıların idarə olunması ilə bağlı xüsusi komissiya yaradılıb: “Həmin komissiya tərəfindən tullantıların idarə edilməsi ilə bağlı qurumlara tapşırıqlar verilib. Ən böyük tullantılar tikinti tullantılarıdır. Hazırda özəl sektor azad edilmiş ərazilərdə tikinti tullantılarının təkrar emalını həyata keçirir. Bu gələcəkdə bütün azad edilmiş ərazilərdə tətbiq ediləcək. Çünki həmin tullantılar yanğın təhlükəsi də yaradır. Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi Təmiz Şəhər ASC-yə həvalə olunub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image