Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistanın Mülki Aviasiya Komitəsinə pul ödəyib. Vətəninfo.az-ın AZAL QSC-dəki mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistanın Mülki Aviasiya Komitəsinə aeronaviqasiya xidmətlərinə görə təqribən 32 min avro ödəyib.
Məlumatda bildirilir ki, “Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 2022-ci ilin Yanvar-mart ayları üçün 32 min avro ödədiyi qeyd edilir.
Qeyd edək ki, AZAL-ın bu vəsaiti Ermənistana ödəməsinin səbəbi Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməsi ilə bağlıdır.
Eyni zamanda Ermənistan da Azərbaycanın hava məkanından isitfadə etdiyi üçün ödənişlər həyata keçirir.