image-helikopter-2-1backend

AZAL-ın helikopterlərini heç kim almır – Yenidən hərraca çıxarılır 

image-reklam_sirab_01

Daha əvvəl 4 dəfə açıq hərraca çıxarılan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus 3 ədəd helikopter 5-ci dəfə hərraca çıxarılır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumatda göstərilir ki, 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd  “Airbus Helicopters EC-155B1” helikopteri bu gün – 15 noyabr 2022-ci il tarixində yenidən hərraca çıxarılacaq.“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci, “Airbus Helicopters EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub.
Hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 1 milyon manat olacaq.

Qeyd edək ki, əvvəlki hərraclar bu ilin mart ayının 1-də, iyul ayının 21-də, sentyabr ayının 1-də və oktyabr ayının 10-da keçirilib. Əvvəlki 2 hərracda hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon, 3-cü hərracda 1,8 milyon, sonuncu hərracda isə 1,5 milyon manat olub.(Yeniavaz)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki