Energetika naziri Pərviz Şahbazov Almaniyanın xarici işlər naziri Annalena Berbok, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin dəvəti ilə bu ölkəyə səfər edib.
Bu barədə Veteninfo.az-a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazir martın 29-30-da təşkil olunacaq “8-ci Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransda iştirak edəcək, tədbirin açılış günü baş tutacaq “Ədalətli və sosial enerji keçidinin təkanverici amilləri” mövzusunda panel müzakirələrinə qatılacaq.
Sözügedən konfrans 2015-ci ildən keçirilir, 70-dən çox xarici işlər və energetika nazirinin, digər yüksək səviyyəli nümayəndələrin, eləcə də 130-dan çox dövlətdən 20 mindən çox virtual iştirakçının qatıldığı qlobal enerji keçidinə həsr olunmuş əsas beynəlxalq tədbirdir.