image-qqqbackend

Azərbaycan diaspor nümayəndələri Şuşaya yola düşüb

image-reklam_sirab_01

Diasporla İş üzrə Dövlət Komitəsi diaspor nümayəndələrinin Şuşaya üçüncü səfərini təşkil edib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək.

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi iyulun 27-də və avqustun 17-də də diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. Bu səfərlər dünya azərbaycanlıları, eləcə də Azərbaycan ictimaiyyəti arasında böyük maraqla qarşılanır və təqdir olunur. Səfərlərdə iştirak edən soydaşlarımız geri döndükdən sonra vətəndaşı olduqları ölkələrin  səfirlərinə məktublar yazaraq, təəssüratlarını bölüşür və onları ermənilərin 30 il ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə səssisiz qalmamağa çağırırlar.

Dövlət Komitəsinin təşkilatçılığı ilə xarici jurnalistlərin və diaspor nümayəndələrinin Qarabağa səfərləri mütəmadi olaraq həyata keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki