image-1backend

Azərbaycan Dövlət Aqrar Universiteti Listinq Məsləhət Proqramına qoşulub

image-reklam_sirab_01

Azərbaycan Dövlət Aqrar Universiteti “Bakı Fond Birjası” QSC-nin (BFB) Azərbaycanın kapital bazarından maliyyələşməni təşviq edən, bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətləri göstərən Listinq Məsləhət Proqramına (LMP) qoşulub.

Vətəninfo.az xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir.

Xatırladaq ki, proqramın əsas məqsədi qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına və kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir. Proqrama şirkətlər həm emitent, həm də tərəfdaş qismində qoşulmaqla Birja ilə əməkdaşlıq edə bilərlər.

Bu proqrama tərəfdaş qismində qoşulan şirkətlər emitentlərə güzəştli əsaslarla öz xidmətlərini təklif etmək imkanı əldə etmiş olurlar. Bununla da, LMP daxilində emitent qismində qoşulan şirkətlərin həm qiymətli kağız buraxılışına hazırlaşa biləcəyi, həm də müxtəlif istiqamətlərdə tərəfdaşlar qazana biləcəyi dayanıqlı ekosistem formalaşdırılmış olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki