İlin əvvəlindən ölkə əhalisinin sayı 12801 nəfər və ya 0,13 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10193571 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Vətəninfo.az-a verilən xəbərə görə, ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.