image-azerbaycan-gurcustan-veteninfo-azbackend

Azərbaycan Gürcüstana ümumilikdə 3,5 milyard dollar sərmayə qoyub

image-reklam_sirab_01

İndiyədək Azərbaycan şirkətləri Gürcüstana ümumilikdə 3,5 milyard dollar sərmayə qoyub.

Vətəninfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Gürcüstan-Azərbaycan biznes forumunda Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov deyib. Həmin məbləğin 1,5 milyard dollarını Azərbaycanın SOCAR şirkəti yatırıb.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşıdır və Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Həmçinin  Azərbaycan şirkətləri Gürcüstanda ən böyük vergi ödəyiciləridir. Hətta pandemiya dövründə də ikitərəfli ticarət bir milyard dolları keçdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki