image-1backend

Azərbaycan iqtisadiyyatı dünya miqyasında

image-reklam_sirab_01

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsm açılış mərasimi may ayının 31-də Bakı Ekspo Mərkəzində keçirildi. 28-ci Beynəlxalq Neft və Qaz “Caspian Oil Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji  “Caspian Power” sərgilərinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib.

Qeyd olunub ki, 1994-cü ildə ilk neft-qaz sərgisi keçirilmiş və “Əsrin müqaviləsi” imzalanmışdı. O vaxt ölkəmizdə vəziyyət xeyli ağır idi. 1994-cü il may ayının 12-də atəşkəs imzalandı. Ölkəmizin qüdrətlənməsi, iqtisadiyyatımızın möhkəmlənməsi, torpaqlarımızın işğaldan azad olunması üçün güclü ordu qurulması iqtisadiyyatımızın əsasını təşkil edən neft və qaz amilindən çox asılı idi. Ölkəmiz keçid dövrünü yaşayırdı.

Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün və s. bütün bunlar sərmayəçiləri qorxudurdu. Onda bizim neft kəmərlərimiz yox idi. İndi Azərbaycan dünyada iqtisadi gücünə görə lider dövlətlərdən birinə çevrilib.

Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Sunak bu tədbirə öz məktublarını göndəriblər. Bu isə o deməkdir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir.

Avropa ittifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb və bu layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir. O enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində mühüm rol oynayır.

2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq qarşıya qoyulmuşdur. 2027-ci ildə bu rəqəmin 20 milyarda çatdırılması planlaşdırılır. Bunun üçün əsas mənbə “Şahdəniz” və “Abşeron” yataqlarıdır. Əhəmiyyətli tədbirlərdən biri isə Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Azərbaycan Bolqarıstana və digər ölkələrə qarşı qaz nəql edəcəkdir. Rumınıya, Macarıstan və Serbiya da artıq bu əməkdaşlıq formatının üzvüdülər. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi təmin edilə bilməz.

Zəkiyə Hacıyeva  

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki