image-a8a7c40d-44ac-3481-af9b-6824bb7a2215_850backend

Azərbaycan karateçiləri Avropa çempionatında 5 medal qazanıblar

image-reklam_sirab_01

Çexiyanın paytaxtı Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandası qitə yarışında 3 qızıl, 2 bürünc medal qazanıb.

Qızıl medalları komandanın aktivinə gənclər arasında Vahid Həsənov (+76 kq), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kq) yazdırıblar. Yeniyetmələr arasında mübarizə aparan komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kq) isə qitə çempionatında üçüncü yerləri tutublar.

Qeyd edək ki, yarışa 48 ölkədən 1 064 idmançı qatılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki