image-oil-pump-on-a-sunset-background-world-oil-industrybackend

Azərbaycan nefti ucuzlaşdı

image-reklam_sirab_01

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,48ABŞ dolları, yaxud 1,59 % azalaraq 91,41 ABŞ dollarına çatıb.

Bu barədə Veteninfo.az-a neft bazarındakı mənbə məlumat verib.

Ötən gün “Brent” markalı neftin bir bareli 87,57ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki