image-0ccad1b6-d327-3d3d-b469-978b9c6a2c8b_850backend

Azərbaycan nefti yenidən ucuzlaşıb

image-reklam_sirab_01

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,08 ABŞ dolları, yaxud 3,06 % azalaraq 97,68 ABŞ dollarına düşüb.

Dünən “Brent” markalı neftin bir bareli 92,49 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 55 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki