Həftə ərzində (28 mart – 1 aprel) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 114,04 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 8,28 dollar və ya 6,77% azdır.
Veteninfo.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 117,28 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 110,58 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 6,7 dollar və ya 5,7% azalıb.