image-1backend

Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilib

image-reklam_sirab_01

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Vətəninfo.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsində olub.

“Qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən mühəndis təminatı üzrə tədbirlər barədə məlumat verib. Görüşdə təcrübə mübadiləsi baxımından bu cür səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb, brifinq təqdim olunub. Sonra qonaqlar xüsusi hazırlanmış mühəndis şəhərciyində hərbi qulluqçuların iştirakı ilə keçirilən praktiki məşğələləri izləyiblər”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image