“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün hazırda ən çox bilet alan ölkələr açıqlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Veteninfo.az-a verilən məlumata görə, yerli azarkeşlərlə yanaşı, ABŞ, Böyük Britaniya, Niderland və digər Avropa ölkələrinin fanatları da yarışa maraq göstərir.
Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 – 12 iyunda gerçəkləşəcək.