image-elmar-huseynovbackend

Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf tarixi

image-reklam_sirab_01

 

Bu məqalə də Azərbaycan xalqının milli mənəvi dəyərlərini, tarixi keçmişini və dövlətçilik ənənələrini tanıtdırmağa çalışacam.
1918-1920-ci illərdə ordu quruculuğu sahəsində atılan addımlar. Bu mövzu o qədər həssaslıq tələb edirki, 100 il sonra Vətən Müharibəsində əldə etdiyimiz Zəfərin növbəti uğuru olan “Şuşa bəyamnaməsidə” 1918-ci və 1920-ci illərin acı nəticələrinin təzahürüdür. 1918-ci ilə qədər Azərbaycan Xalq Cumhuriyyəti dövrünə qədər Azərbaycanlı zabit və generallar nəzər salaq. 1874-cü ildə Rusiyada qəbul edilən Hərbi qanuna əsasən ümumi səfərbərlik yalnız slavyanlara şamil edilirdi. Digər xalqlar yalnız ali silklərinin nümayəndələrinin orduda zabit qismində iştirakına icazə verilirdi. Sonralar əsgər təlabatını ödəmək üçün Rusiya digər xalqları da müharibəyə cəlb etdi. Osmanlı imperiyasının Rusiya qarşı müharibəyə başlaması müsəlman xalqlarına etimadsızlığı artırdı. Buna görə də müsəlman əsgərləri yalnız Qərb cəbhəsində Almaniya və Avstrya-macarıstana qarşı döyüşlərdə istifadə edilməsi qərara alındı, beləliklə bu döyüşlərdə sücayət, cəsarət göstərdiklərinə görə II Nikolay “Qafqaz yerli Suvari Diviziyası” yaradıldı. Bu Diviziyada Azərbaycanlılardan ibarət “Tatar Suvari Alayı” Tatar-onlar bizi məhz belə adlandırırdılar. Artıq biz xalq olaraq formalaşdıq. Azərbaycanlı olduq. Bu ərazidə yaşayan bütün millətləri bir araya gətirə biləcək qohumluq əlaqəmiz, adət ən-ənələrimiz, milli bayramlarımız bizi birləşdirdi. Buna sübut 44 günlik qələbəmiz idi. O qələbəki “Dəmir Yumruğun” açılmaz barmaqları, bükülməz biləyi oldu.
Hər zaman milli kimliyimizdən, mənəvi dəyərlərimizdən yazaraq bunu səsləndirmək istəmişəm. ” Mən Elmar Hüseyn bunu hər kəsin nəzərinə çatdirmaq istəyirəm. Bunu var gücümlə demək istərdim. Dünya eşitsin!!!. Biz dünyaya barış sülh gətirən millət xalq və dövlətik. Məhz Qafqazda sülhün sabitliyin balanslaşdırılması 1993-cü ildə Ulu Öndərin Hakimiyyətə gəlməsi ilə yeni mərhələyə qədəm qoyur. Ümummilli Liderimiz Heydər Əliyevin dərin Azərbaycançılıq fəlsəfəsi ilə imzalanan 1994-cü il “Əsrin Kontraktı” Azərbaycanın sərvətlərini işğalla deyil, parçalanma və soyqrım ilə deyil, bəşəriyyətdə qətillərlə deyil sivil qaydada müqavilələrlə əldə etmək dərsi idi.
Dünyanın idarə edilməsi çətin proseslərdən keçir. Bir milləti bir məmləkətdən təmizlənmək üçün planlar hazırlanır. Bunlar bir xalqa qarşı olan kin və küdurətdirmi? Ya bəli və ya xeyr deyə bilərəm. Bəli dediyimiz erməni nifrəti bizə qarşı bir nasizmidir. Xeyr dediyimiz isə müstəqilliyimizə yönələn kin və küdurəti olanların əli ilə edilən fitnələrdir. Bu cür fitnələrin başlanması Azərbaycanlılardan ibarət olan Alayın 1917-ci ildə Qafqaza göndərilməsi və ordanda Bakıya gətirilərək, fəaliyyətinin 1918-ci ilin yanvar ayında dayandırılması nəticəsi iki ay sonra 1918-ci il 31 mart soyqrımına şərait yaratdı. Soyqrımlar Bakıda, Quba-Qusarda, Şamaxı, Göyçay, Lənkəranda,Zəngəzurda, Qarabağda 100.000 minlərlə insanların qətli ilə davam etdi. Lakin biz bitmədik Müstəqilliyimiz elan etdik. Ordumuzu qurduq.
Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi ki, “Sırada eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması — bir sözə “salam”, cavabı isə “əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: “mərhaba”, əsgər cavab verməlidir “çox sağ ol”. Zabitlərin çoxu rus dilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın azərbaycan dilində olması zəruri idi. Səməd bəy Mehmandarov yaxşı bilirdi ki, bolşeviklərin təbliğatı nəticəsində orduda vəziyyət yaxşı deyil, ərzaq çatışmır, səfərbərlik planı yerinə yetirilmir. Bütün bunları nəzərə alan nazir elə həmin gün xalqa müraciət etdi və bildirdi ki, ölkəmizin bütün vətəndaşları — istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluqu çəkməli və kimsə dövlətliləri hərbi qulluqdan azad etsə ağır cəzalanacaqlar. Generalın əqidəsinə və hazırladığı plana görə müstəqil Azərbaycanın milli təhlükəsizlik, ərazi birliyini və dövlət sərhədlərini müdafiə etmək üçün bütün vətəndaşlar əsgərlik çəkməli, torpaqlarımızı qorumalı vətəndaşlıq nümunəsi göstərməlidirlər.
Tarixi təcrübədən aydındır ki, bir ölkəni zəiflətmək, sarsıtmaq və məhv etmək üçün hər şeydən əvvəl onun ordusunu dağıdırlar. Belə məqamda orduda təfriqə salmaq, zabitlərin əqidəsini yad hissələrlə zəhərləmək və onun əli ilə dövlət çevrilişi təşkil etmək təcrübəsi çoxdur. Bu təhlükəni aradan qaldırmaq üçün Azərbaycan Demokratik Respublikası hökuməti şəxsi heyətin siyasətləşməsinə, siyasətlə məşğul olmasına yol verə bilməzdi. Hərbi nazirin əmrində deyilirdi ki, zabitlər və əsgərlər dünyada baş verən hadisələri bilməli və onları təmsil etdikləri dövlətlərin mənafeyi baxımından qiymətləndirilməlidirlər. Odur ki, zabitlər və əsgərlər hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, hərbiçi üçün əzəli partiya onun dövlətçiliyidir. Azərbaycan Demokratik Respublikasının hökuməti partiyasız, siyasətsiz ordunun yaradılmasını məqsədə müvafiq sayırdı. Çünki zabit bir partiyanın üzvü olsa, əsgərlər başqa partiyanın üzvü ola bilərlər, beləliklə də orduda xaos, qarşıdurma yarana bilər.
Azərbaycan Demokratik Respublikasının ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin, xalqımızın tarixini, qəhrəmanlıq ən’ənələrini əks etdirən kitablarla tə’min edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: “Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır”. Bu ideya da dövlətin daxili siyasətini əhatə etdiyi bir mətləbin təzahürü idi: “Xalqla ordu yekdildir”. Ardıcıl görülən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir, vətənpərvərlik tərbiyəsini möhkəmləndirir, döyüş qabiliyyətini və mübarizilik əzmini gücləndirirdi.
Səməd bəy separatistlərə, ölkəni parçalamağa səy göstərənlərə xatıladırdı ki, Azərbaycanın güclü, nizamlı ordusu vardır, bu ordu cinayətkarlara dövlət əleyhinə fəaliyyət göstərənlərə imkan verməyəcəkdir. Lakin real vəziyyətdən xəbərdar olan bəzi düşmən qüvvələr Azərbaycan Demokratik Respublikasının gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə sə’y göstərirdilər. Elə bu təsəvvürlə erməni daşnaqları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə 1920-ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar və Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan Demokratik Respublikası hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi, erməni hərbi dəstələrinin başçısı Dəli Qazar öldürüldü, erməni yaraqlılarının qərargahı Keşişkənd dağıdıldı, daşnak qiyamı yatırdıldı milli ordu özünün döyüş qabiliyyətini nümayiş etdirdi.
Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu proqramı, onun acı tarixi dərsləri bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Demokratik Respublikasının təcrübəsi və günümüzün müasir reallığı təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliliyinin və ərazi bütövlüyünün qarantıdır. Bu gün “Zəfər” qələbəmiz dərin. Məqsədyönlü bir siyasətin təzahürüdür. Xalq –Ordu birliyi “Dəmir Yumruğa” çevrilən hərbi, siyasi və iqtisadi yolumuz oldu. “Şuşa bəyamnaməsi” bu yolu daha uzun ömürlü və gələcək nəsillərə strateji hədəf qoydur. Bu gün ki Siyasi gücümüz 1993-cü ildə iyunun 15 də xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin məharəti Müasir Azərbaycanın 1920-ci ilin aprelin 28 də itirdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin talehini yaşamaqdan qorudu. Məhz buna görə Ümummilli Lider Heydər Əliyevin məharəti Müasir Azərbaycanın qurucusu hesab edilir. Digər məsələ 1918-ci ildə Qafqaz İslam Ordusunun Mudros müqaviləsinə əsasən Bakıdan çıxarılmasın tarixi acısına yaşamamaq baxımından Ali Baş Komandan İlham Əliyevin taktiki və strateji addımlarından biri olan Türkiyə Azərbaycan Qardaşlıq rəmzi olan “Şuşa bəyamnaməsi” ni göstərmək olar. Biz bununla müstəqilliyimizin daha uzun sürməsinə, ərazi bütövlüyümüzə tarixi zəmin yaratmış olduq. Bu Ali Baş Komandan İlham Əliyevin gələcək nəsillər ərmağan etdiyi, eləcəd Ata vəsiyətinin yerinə yetirilməsi kimi qiymətləndirilir.

Ehtiyatda olan Polkovnik leytenant Elmar Hüseynov

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki