image-download-1backend

Azərbaycan təyyarəsini kim vurub? Tarixin izi ilə

image-reklam_sirab_01
7 dekabr 1988-ci il… Saat 11:41… Spitak şəhəri. Güclü uğultu və titrəyiş. Bu Ermənistanda “Spitak zəlzələsi” kimi tarixə düşən dəhşətli zəlzələ idi. 30 saniyənin içərisində ermənilərin gəlmə olduğu qədim türk şəhəri olan Hamamlı yer üzündən silinir. Bəli, bu ərazi məhz qədim türklərin yaşadığı tarixi mənbələrdə adı Hamamlı kimi qeyd edilən türk şəhəri idi. Daima saxta tarix və dövlət yaratmağı adət edən ermənilər bu ərazini sonralar Spitak adlandırmışlar.
Belə bir ağır günlərdə Azərbaycan qonşu dövlətə yardım etmək qərarına gəlir. İlk yardım qrupu zəlzələdən bir gün sonra yola düşür. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Spitaka çatır. Yüzlərlə yaralı erməni dağıntılar altından xilas edilir. Dekabrın 11-də Azərbaycandan ikinci qrup Spitaka yardım məqsədi ilə 78 nəfər könüllü yığılır. Könüllüləri Spitaka aparan “İl 76” təyyarəsi Ermənistan ərazisində vurulur. 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur. Tək bir nəfər sağ qalır. Fəxrəddin Balayev. O da 2011-ci ildə dünyasını dəyişir. Bu günə qədər həmin təyyarənin hansı şəraitdə və necə partlaması sirr olaraq qalır. Bircə bilinən odur ki, təyyarə erməni səmasında partladılıb.
Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilir.
Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı.
11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatmışdı. Azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. Dekabrın 11-də isə Azərbaycandan ikinci qrup Spitaka yardım məqsədi ilə 78 nəfər könüllü yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vuruldu.
Ermənistan rəsmiləri və medisı bu günə kimi təyyarənin vurulmadığını, qəzaya uğradığını iddia edir. İşğalçı ölkə rəsmiləri bildirirlər ki, “1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76M” markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıb”. 69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı.
Bu hadisə, Ermənistan ərazisində baş verən böyük aviasiya qəzası kimi tarixə düşüb.O zaman təyyarənin “qara qutu”su qəzanın səbəbi kimi pilotların səhvini göstərdi. Bildirilirdi ki, təyyarənin ekipajı uçuşdan əvvəl kifayət qədər istirahət edə bilməyib və qısa müddətdə bir neçə qrafikdən kənar uçuş həyata keçirib.Həmin günlərdə keçmiş Yuqoslaviya respublikasından yardım daşıyan təyyarə də Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Bəzi məlumatlara görə, bu təyyarəni də erməni terrorçuları Türkiyəyə məxsus оlduğunu gümаn еdərək vurmuşdulаr.
Deyilənə görə, Spitak zəlzələsinə görə ABŞ-a səfərini yarımçıq qoyan SSRİ prezidenti Mixail Qorbaçov da təyyarə ilə Gümrüyə eniş edərkən son anda qəzadan qurtulmuşdu. Azərbaycandan Ermənistana gedən təyyarə SSRİ Müdafiə Nazirliyinin balansında və Litva ərazisində dislokasiya olunmuşdu. Qəzaya uğrayan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndərilmişdilər.
Qəzadan sağ qurtulan Fəxrəddin Balayev 2010-cu ildə dünyasını dəyişib.
Spitak zəlzələsi bütün SSRİ-ni sarsıtmışdı və müttəfiq respublikaların bütün rəhbərləri, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirov da Ermənistana yollanmışdı. Bununla yanaşı, Emil Axundovun başçılığı altında axtarış-xilasetmə işlərində aktiv iştirak edən azərbaycanlı xilasedicilər təşəkkürnamələrlə mükafatlandırılmışdılar.Azərbaycanlı xilasedicilər əsasən Gümrü yaxınlığındakı Haribcasyan kəndində və Amasiya rayonunun kəndlərində fəaliyyət göstərmişdilər. Həmin vaxt Ermənistana dəmiryolu xətti ilə gətirilən yardımların 85 faizi Mahaçqala-Bakı-Naxçıvan-Yerevan xəttinin payına düşürdü.Amma həmin vaxtlar  Qarabağda yaranmış gərginlik Azərbaycan və Ermənistan arasındakı münasibətlərə öz mənfi təsirini göstərmişdi. Ermənistan Nazirlər Şurasının sədri Fadey Sarkisyan öz “Həyat dərsləri” kitabında bəzi ermənilərin Azərbaycandan göndərilən yardımları geri qaytardığını yazır.
Bu da Azərbaycan və erməni xisləti. Kim zəmanət verir ki, ikinci Spitak zəlzələsi olmayacaq? Kim zəmanət verir ki, qəzalı vəziyyətdə olan “Metsamor” baş verə biləcək qəzada bütün Qafqazı zəhərləməyəcək? Azərbaycanda ədalət axtaran beynəlxalq təşkilatlar hələ ki, bu sualların qarşısında susurlar.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki