image-reklam-veteninfo
image-1backend

Messi bu  jurnalistləri  məhkəməyə verəcək

image-reklam-veteninfo

Argentinalı jurnalist Fran Kasareto bildirib ki, Argentina və İnter Mayami komandalarının hücumçusu Lionel Messi bir sıra Argentina media qurumlarına qarşı məhkəmə iddiası qaldıracaq.

Vətəninfo.az xəbər verir ki, Argentina milli komandasının kapitanı hesab edir ki, jurnalistlər atası Xorxe Messinin dəfn mərasimi zamanı ailəsinin şəxsi həyat hüququnu pozublar.

Lionel Messi atası ilə son vida mərasimini Argentinanın Rosario şəhərində ailəsi və dostlarının iştirakı ilə keçirilən xüsusi mərasimdə keçirib. Dəfn mərasimi 9 avqustda El Prado qəbiristanlığında baş tutub.

Xorxe Messi uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat etdi.

O, Lionel Messinin meneceri və agenti idi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki