İsrail Xarici İşlər Nazirliyinin Livanın cənubunun böyük bir hissəsini öz ərazisi kimi göstərən xəritə yayımlamasından sonra ‘‘Hizbullah’’ Livan hökumətinə müraciət edib. Təşkilat rəsmi Beyrutu İsraillə danışıqları dərhal dayandırmağa çağırıb.
Vətəninfo.az xəbər verir ki, ‘‘Hizbullah’’ın bəyanatında bildirilir ki, ‘‘X’’ sosial şəbəkəsində yayımlanan həmin xəritə Təl-Əvivin Livan torpaqları və resursları üzərindəki işğalçılıq planlarını açıq şəkildə üzə çıxarır. Təşkilat İsraili danışıqlardan vaxt qazanmaq, Livan ərazisindəki mövcudluğunu möhkəmləndirmək və faktiki vəziyyəti qəbul etdirmək üçün istifadə etməkdə günahlandırıb.


























