image-reklam-veteninfo
image-1backend

İsrailin Livandakı hücumları nəticəsində ölənlərin sayı 4335-ə çatıb

image-reklam-veteninfo

Livan Səhiyyə Nazirliyi İsrailin Livana təcavüzü nəticəsində ölənlərin sayının 4335 nəfərə çatdığını açıqladı. Vətəninfo.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada deyilir: “2 mart – 9 avqust tarixləri arasında İsrailin təcavüzü nəticəsində 4335 nəfər ölüb, 12277 nəfər yaralanıb”.

Agentliyin məlumatına görə, İsrail qüvvələri 10 avqust səhəri Livanın cənubundakı Nəbatiyə bölgəsindəki yaşayış məntəqələrinə atəş açıb.

Qeyd olunur ki, İsrail qüvvələri gecə ölkənin cənubundakı əl-Mənsuri yaşayış məntəqəsini də atəşə tutub. Tələfat barədə məlumat verilməyib.

Livan, ABŞ-İsrail arasında İrana qarşı hücumlara cavab olaraq Hizbullahın 2 martda İsrailə hücumlar başlatmasından sonra Yaxın Şərq münaqişəsinə cəlb edildi.

İyunun 26-da İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda çərçivə sazişi imzaladılar. Sazişə əsasən, İsrail ordusu qoşunlarını tədricən Livanın cənubundakı mövqelərindən çıxaracaq, bundan sonra Livan ordusu təhlükəsizlik tədbirlərinə nəzarət edəcək və Hizbullahın tərksilah edilməsinə nəzarət edəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki