image-reklam-veteninfo
image-1backend

Lukaku “Fənərbağça”ya keçməyə razılıq verdi

image-reklam-veteninfo

“Napoli”nin hücumçusu Romelu Lukaku ”Fənərbağça”ya keçməyə razılıq verib.
Vətəninfo.az  xəbər verir ki, bu barədə Matteo Moretto sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, 33 yaşlı belçikalı və Türkiyə klubu potensial transfer şərtləri ilə bağlı tam razılığa gəlib.
“Fənərbağça” hazırda “Napoli” ilə danışıqlar aparır.
Türkiyə klubu artıq hücumçu üçün ilk təklifini verib – təxminən 6 milyon avro. “Napoli” isə Lukaku üçün təxminən 12 milyon avro almağı gözləyir.
Qeyd edək ki, belçikalı futbolçunun “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, daha əvvəl Lukakunun mövsüm ərəfəsi məşqlərə qoşulmadığı və “Napoli”nin onu 10 milyon avroya satmağa hazır olduğu bildirilmişdi.
Lukaku ötən mövsüm “Napoli” heyətində beş oyun keçirib, bir qol vurub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki