image-reklam-veteninfo
image-1backend

İlham Əliyev İran Prezidentinə təşəkkür etdi

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin X səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki