image-627b4a3e5a4a4627b4a3e5a4a51652247102627b4a3e5a4a0627b4a3e5a4a2backend

Azərbaycan voleybolçusu Macarıstan çempionu olub

image-reklam_sirab_01

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstan çempionu olub.

Veteninfo.az saytının məlumatına görə, təmsilçimiz bu uğura şərəfini qoruduğu “Vaşaş” klubunun heyətində imza atıb.

Ayşənin komandası Macarıstan çempionatının finalında “Bekeşçaba”nı üstələyib. Çempionun adına seriyanın 5-ci matçında aydınlıq gəlib.

3:0 (25:20, 25:17, 25:15) hesabı ilə qalib gələn “Vaşaş” seriyada hesabı 3:2-yə çatdırıb. Bununla da klub tarixində 7-ci dəfə qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, bu, Ayşənli “Vaşaş”ın mövsümdə üçüncü tituludur. Təcrübəli blokçumuzun komandası bunadək MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi və ölkə kubokunun sahibi adını da əldə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki