image-2backend

Azərbaycanda bu məhsul bahalaşa bilər – Xarici ölkədə ixrac dayandı

image-reklam_sirab_01

Hindistan hökuməti daxildə qiymətlərin stabil saxlanması məqsədilə “basmatı” növü istisna olmaqla, təmizlənmiş düyü ixracını qadağan edib.

Dünya düyü ixracının 40 faizini reallaşdıran ölkədə qadağan olunan düyü növləri ümumi ixracın 25 faizini təşkil edir.

Xatırladaq ki, ötən ilin sentyabrında Hindistan hökuməti eyni növ düyünün ixracına 20 faiz əlavə rüsum tətbiq etmişdi. Məqsəd ixracın azalmasına, ölkədə qiymətlərin sürətli artımının qarşısının alınmasına nail olmaq idi. Lakin əlavə rüsuma rəğmən bu ilin aprel-iyununda Hindistandan təmizlənmiş düyü ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çox olub. Bu, dünya bazarında düyünün qiymətində müşahidə olunan bahalaşma ilə bağlıdır. Dünya bazarındakı bahalaşma isə qlobal iqlim şərtlərinin əsas düyü istehsalçılarında məhsuldarlığa mənfi təsirindən başlayıb. Son bir ildə düyünün qlobal bazar qiyməti 11,5 faiz artıb.

Qeyd edək ki, Azərbaycanın düyü idxalında Hindistanın payı 88,4 faiz təşkil edir. Rəsmi statistikaya əsasən bu ilin 5 ayında Azərbaycan xaricdən 29 milyon 690,76 min dollar dəyərində 33 min 97,31 ton qabığı yarı təmizlənmiş və ya qabığı tam təmizlənmiş, pardaxlanmış və ya pardaxlanmamış düyü idxal edib. Bunun 26 milyon 462,44 min dollar dəyərində 29 min 254,76 tonu Hindistandan gətirilib. Buna görə də Hindistanın ixraca qoyduğu qadağa tezliklər Azərbaycanda düyü qiymətlərində bahalaşmaya səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki