image-1backend

Azərbaycanda dörd ayda içki və tütün məhsullarına 900 mln. manata yaxın vəsait xərclənib

image-reklam_sirab_01

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 881.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Bu barədə Vətəninfo.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8% çoxdur. Belə ki, ötən ilin yanvar-aprel ayları ərzində ölkədə 815.7 milyon manatlıq içki və tütün məhsulları satılıb.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 13,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i avtomobil benzini və dizel yanacağının, 4,4%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Xatırladaq ki, cari ilin yanvar-aprel ayları ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki