“Bu ilin 9 ayında 2 646 nəfər əlilliyi olan şəxs işlə təmin olunub”.
Vətəninfo.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev “Hamı üçün layiqli iş-heç kim kənarda qalmasın” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Sədr müavini bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası bütün dünyada hökumətlərin və cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdəndir: “Əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir”.
Onun sözlərinə görə, özünüməşğulluq proqramının, həmçinin, ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslərdir: “Bu il özünüməşğulluq proqramı üzrə 1 200-ə yaxın əlilliyi olan şəxs üçün kiçik təsərrüfatların yaradılması işləri aparılır”.
Qeyd edək ki, 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür.