image-70backend

Azərbaycanda riskli vergi ödəyicilərinə dair məlumat əldə etmək asanlaşıb

image-reklam_sirab_01

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanını daha da asanlaşdırıb.

Vətəninfo.az bu barədə quruma istinadən xəbər verir.

Məlumatda deyilir ki, indiyə qədər vergi ödəyicisi digər ödəyicinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq “Riskli vergi ödəyicilərinin axtarışı” xidmətindən istifadə etməli idi. Artıq bu məlumatı www.e-taxes.gov.az saytının “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən (https://www.e-taxes.gov.az/ebyn/risk/ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür.

Yenilik riskli vergi ödəyicilərinin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Bu ilin mart ayından etibarən, riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Çünki hər hansı vergi ödəyicisinin belə ödəyicilərlə əməliyyatlar aparması onun özü üçün də risklərin yaranması deməkdir. Bu, həm səyyar vergi yoxlamalarının, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki