image-60backend

Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin olunub

image-reklam_sirab_01

Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin edilib.

Vətəninfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Sahib Məmmədova həvalə olunub.

O, bu günə qədər həm də Dövlət Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki