image-25jpg-1673004139backend

Azərbaycanın sosial dövlət modeli nümunəvidir – MÜSAHİBƏ

image-reklam_sirab_01

Vətəninfo.az YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynovun yap.org.az-a verdiyi müsahibəni təqdim edir.

-Aydın müəllim, geridə qoyduğumuz 2022-ci il Azərbaycan üçün iqtisadi cəhətdən mühüm uğurlarla və müsbət nəticələrlə yadda qaldı. Ötən ilin sosial-iqtisadi göstəricləri hansı reallığı ifadə edir?

– Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. 2022-ci il böyük iqtisadi, siyasi, hərbi dəyişikliklərlə keçdi. Ötən il (yanvar-noyabr ayları üzrə) ölkədə 121,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın əsas inkişaf sütunu qeyri-neft-qaz sektorunda istehsal olunmuş 9,2 faiz artıb. Azərbaycanın iqtisadi-ticari potensialı da əhəmiyyətli dərəcədə möhkənlənib və 11 ayda xarici ticarətin həcmi 49,2 milyard dollar olub ki, bunun da 36,4 milyard dolları ixrac, 12,8 milyard dolları idxaldır. İxrac idxalı 3 dəfə üstələyib, yəni xarici ticarət saldosu hədsiz dərəcdə yüksək olmaqla ölkəmizin maliyyə sabitliyi, manatın məzənnəsinin möhkəmliyi və əlverişli ixrac siyasətinin dayanıqlılığını şərtləndirir.

Ötən il ölkəmizdə münbit sərmayə mühiti şəraitində investisiya qoyuluşlarını da stimullaşdırıb. 2022-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 13 milyard 53,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7 faiz azalsa da, iqtisadi sektorun inkişaf drayveri olan qeyri-neft-qaz sektoruna yönəldilən sərmayələrin həcmi 24,5 faiz yüksəlib.
Ötən il qlobal maliyyə, investisiya sektorlarında mürəkkəb iqtisadi şəraitin davam etməsinə baxmayaraq, Dövlət Neft Fondunun aktivləri artaraq 2022-ci ilin 11 ayı üzrə 52 milyard dollar olub. Mərkəzi Bankın valyuta ehtiyatları isə artaraq 8 milyard dollar təşkil edib. Beləliklə, 2022-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artaraq 60 milyard dollara çatıb.

– Azərbaycanın ədalət və rifah prinsiplərinə əsaslanan sosial siyasət modeli də uğurlu və nümunəvi olması ilə diqqəti cəlb edir…

– Bəli, Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas başlıca hədəfi insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Ötən il bu istiqamətdə yürdülən siyasət nəticəsində əhatəli sosial müdafiə tədbirlərini həyata keçirib və əhalinin sosial rifah halı daha da yaxşılaşıb. Bu günlərdə cənab Prezidentin imzaladığı müvafiq Sərəncamla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin icrası nəzərdə tutulub. Belə ki, minimum əmək haqqqının 300 manatdan 345 manata qaldırılması, minimum pensiya məbləğinin 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur.

Ötən il sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parklarının yaradılması davam etdirilib.

– Ötən ilin önəmli gerçəkliklərindən biri də Böyük Qayıdış Proqramının uğurla icra olunmasıdır. Bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar nə söyləmək olar?

– Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yeni dövrə qədəm qoyub. Bu yeni mərhələdə dövlət orqanları qarşısında işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi mühüm çağırışlar dayanır. Bu baxımdan, Böyük Qayıdış proqramı çərçivəsində şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılması əsas məqsədlərdən biridir. Həmin siyasətə uyğun olaraq 2022-ci ildə işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi inkişaf layihələrin miqyası daha da sürətlənib. Zəngilan rayonunun Ağalı kəndində inşa edilmiş “Ağıllı kənd” istifadəyə verildi və 30 ildən sonra bu ərazinin doğma sakinlərinin öz yurdlarına geri dönüşü başlandı, Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilən ikinci beynəlxalq aeroport – Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib.

Böyük Qayıdış proqramı tədbirləri qədəm qoyduğumuz 2023-cü ildə daha da geniş vüsət alacaq. Bunun üçün bütün iqtisadi resurslar, potensial imkanlar, büdcə mənbələri artırılıb. Belə ki, 2023-cü il üçün dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 3 milyard manat maliyyə təminatı yaradılıbdır. Bu da azad edilmiş ərazilərdə yeni kənd və qəsəbələrin inşası və əhalinin öz evlərinə geri dönüşü, daha böyük infrastruktur və xidmət obyektlərinin yaradılması və istifadəyə verilməsini təmin edəcək. Nəticədə doğma torpaqlarımızın yenidən qurulması və tarixi simasının bərpası, insanların öz əvvəlki layiqli həyatlarına və yüksək rifaha qaytarılması istiqamətində böyük səylə başlanmış işlər öz müsbət bəhrəsini verəcəkdir. Böyük Qayıdış proqramı, eyni zamanda, həmin ərazilərin zəngin iqtisadi potensialının iqtisadiyyatımıza qoşulmasına başlamağa imkan verəcəkdir.

– 2022-ci ildə də Azərbaycan beynəlxalq müstəvidə enerji təhlükəsizliyinə mühüm töhfə verdi. Çoxşaxəli tərəfdaşlıq fonunda enerji diplomatiyasının əhəmiyyəti nədən ibarətdir və bu istiqamətdə hansı yeni reallıqları şahidi olacağıq?

– Son 19 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş qətiyyətli siyasət sayəsində Azərbaycanın beynəlxalq əməkdaşlığı daha da güclənib və enerji diplomatiyasında davamlı uğurlar əldə olunmaqdadır. Bu siyasət 2022-ci ildə də özünü qabarıq şəkildə biruzə verir. Ötən il Azərbaycanın və Avropa Birliyinin həyatında baş verən ən mühüm hadisə iyul ayında Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmizlə qaz təchizatını 2 dəfəyədək artırmaq haqda Anlaşma Memorandumunun imzalanmasıdır. Bu, Azərbaycanın Avropa bazarlarında güclü enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir, hazırda ölkəmiz Ai bazarlarına 11-12 milyard qaz nəql edir. Həmin memorandumun icrası sayəsində enerji diversifikasiyası daha da artacaq və yaxın illərdə Azərbaycan Avropaya 20 milyard kub.metrdən çox qaz nəql edəcəkdir. Həmçinin ötən il dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində 3 qardaş ölkə tərəfindən “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u regionda yeni trans-qaz marşrutunun yaradılması da ən mühüm hadisələrdən biridir.

2022-ci ildə, həmçinin, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi üzrə əhəmiyyətli iqtisadi layihələrə start verilib, xüsusilə də bərpa olunan enerji mənbələri üzrə nəhəng layihələrə imza atıldı. İki ərəb ölkəsi ilə müvafiq müqavilələr imzalandı. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına dair bu il yanvarın 13-də imzalanan sənəd və bundan cəmi iki ay sonra, yəni 2022-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair saziş ölkəmizdə bərpa olunan enerji sferasında yaxın perspektivdə böyük nəticələr əldə olunacağı deməkdir. Beləliklə, Azərbaycanın enerji diplomatiyası ölkəmizin beynəlxalq rolunu və nüfuzunu daha da artırmaqla bərabər, region dövlətlərinin enerji təhlükəsizliyini təmin edir və bölgədə qarşılıqlı əməkdaşlıq mühitini möhkəmləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image