image-home_wifi_600x400-01-1backend

Azercell-dən yeni Wi-Fi kampaniyası!

image-reklam_sirab_01

4G modem alan hər kəsə 50 Gb internet hədiyyə olunur

Yüksəksürətli interneti hər kəs üçün əlçatan edən “Azercell Telekom” yeni Wi-Fi cihazının satışına start verir. Kampaniya çərçivəsində son model Wi-Fi cihazı ilə birgə 1 aylıq 50GB internet cəmi 129 AZN-ə təqdim olunur. Həm 4G, həm də 3G şəbəkələrini dəstəkləyən bu cihazın daha bir üstünlüyü paylaşılan yüksəksürətli internetə eyni anda 32-yə qədər cihazın qoşula bilməsidir. Azercell Wi-Fi modemi yalnız smartfonları deyil, hətta kompüter, noutbuk, planşet, printer və televizoru da şəbəkəyə qoşmaq üçün kifayət qədər universaldır.

Qeyd edək ki, yeni 4G Wi-Fi modem yalnız ev və ya ofisdə işləmək üçün nəzərdə tutulmayıb. İstirahət zamanı bu kiçik ölçülü və yüngül cihazı istənilən yerə daşıyıb internetdən istifadə etmək olar. Geniş əhatə dairəsi 15-20 metrlik radiusda olan qurğuları stabil internetlə təmin etməyə imkan verdiyindən, daim cihazın yanında qalmağa ehtiyac yoxdur. Digər tərəfdən, yeni Wi-Fi modeminin müasir görünüşü  istənilən evə, və ya ofisə ideal dizayn əlavəsi ola bilər.

Kampaniyaya dərhal qoşulub yüksəksürətli internetdən yararlanmaq üçün ən yaxın Azercell satış məntəqəsinə müraciət etmək kifayətdir. Kampaniya çərçivəsində hər bir Azercell Wi-Fi Modemi ilə birgə 1 ədəd “Data tarifi”ndə olan nömrə və 50GB-lıq internet paketi təqdim olunur.

Azercell-in yeni Wi-Fi kampaniyasına qoşul və yüksəksürətli internet əldə et!

 

 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki