2021-2022-ci ilin payız-qış mövsümünə hazırlıq çərçivəsində “Azərenerji” ASC-nin müəssisələrində müvafiq tədbirlər həyata keçirilib.
Vətəninfo.az “Azərenerji”yə istinadən verdiyi məlumata görə, ölkənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, enerjinin istehsalı üzrə plan tapşırıqların yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaların sayının minimuma endirilməsi qarşıya əsas vəzifə olaraq qolulub.
“Bu məqsədlə enerji müəssisələrində planlı təmir, təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. Lazımi yanacaq ehtiyatı tədarük edilib. Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri təyin edilmiş normalara uyğun keyfiyyətlə yerinə yetirilib. Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılmasına üzrə mühüm tədbirlərin görülüb”, – məlumatda deyilir.
Yerinə yetirilmiş təmir işləri qiymətləndirildikdən sonra “Azərenerji” ASC-də yaradılmış Aidiyyəti Tədbirlər Planının yerinə yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2021-2022-ci ilin payız-qış mövsümünə “Hazırlıq Pasportu”nun verilməsi qərara alınıb.