image-20backend

“Azəriqaz” MTK-larda yaşayan sakinlərə müraciət edib

image-reklam_sirab_01

“47 manat dəyəri olan qaz sayğacların bir sıra mənzil-tikinti kooperativlərin (MTK) mənzil sahiblərindən 500 manat istəməsi qeyri-qanunidir”.

Vətəninfo.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev Birlikdə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

“Bəzi MTK-ların qeyri-qanuni olaraq qaz sayğaclarına görə müəyyən ödənişlərin tələb edilməsinə aydınlıq gətirən birlik rəhbəri bildirib ki, bu ilin iyul ayından etibarən çoxmərtəbəli evlərin də qazlaşdırılması zamanı qaz sayğacların quraşdırılmasına görə heç bir ödəniş alınmır”, – “Azəriqaz”ın rəhbəri bildirib.

R. Əliyevin sözlərinə görə, bəzi binalarda MTK rəhbərləri özlərini elə aparırlar ki, güya bu bina onlara məxsusdur: “Amma vətəndaşlar bilməlidir ki, onların yaşadıqları binanın sahibləri, ev və mənzil sahibləri özləridir. Onlar bu MTK-larda payçıdırlar”.

O, bu cür MTK-larda yaşayan sakinlərə müraciət edərək bildirib ki, belə hallarda heç bir ödəniş etməsinlər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki