image-12backend

“Azəriqaz” Salyanda sahibkarlarla görüş keçirəcək

image-reklam_sirab_01

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin Salyanda sahibkarlarla növbəti görüşü keçiriləcək.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, görüş “Açıq mikrofon” aksiyası çərçivəsində baş tutacaq. “Azəriqaz”ı rəhbər şəxsləri Salyan şəhəri, M.Rəsulzadə və Ə.Kürçaylı küçələrinin kəsişməsində (Salyan Tarix-Diyarşünaslıq Muzeyinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” dekabrın 16-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki