image-4backend

Bakı şəhəri Nizami rayonunda növbəti həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi

image-reklam_sirab_01

Nizami rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində Şirin Mirzəyev küçəsi 70 və 72 saylı binaların həyəti abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi.
Abadlaşdırılan həyətdə azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydançalar, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları və turnik trenajorları kompleksinin quraşdırıldığı idman meydançaları yaradılıb. Bundan əlavə, ərazidə söhbətgahlar, oturacaqlar, tullantılar üçün qutular qoyulub.
Həyətdə elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, həmçinin binanın giriş hissəsində yol genişləndirilib, həyətin asfalt örtüyü və səki daşları yenilənib, sakinlərin şəxsi avtomobilləri üçün parklama yerləri yaradılıb.
Eyni zamanda, binaların fasadları boyanıb, dam örtükləri və girişləri təmir edilib, girişlərin pəncərələri yenilənib, dəmir qapılar quraşdırılıb.
Ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ərazidə yaşıllaşdırmanın və bioloji müxtəlifliyin artırılması məqsədilə həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 100 ədəd müxtəlif növ ağac əkilib, yaşıllıq örtüyü salınıb

image-1 image-2 image-3.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki