image-61backend

Bakıda enerji dəyişikliyinə dair beynəlxalq konfrans işə başlayıb

image-reklam_sirab_01

Bakıda “Post COP26: Avrasiya ölkələrinin dayanıqlı inkişlafı” adlı beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

Vətəninfo.az xəbər verir ki, Rusiya hökumətinin “Prioritet 2030” strateji elmi liderlik proqramı çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutunun (MDBMİ) Dayanıqlı İnkişaf və ESG (environmental, social, governance) Transformasiyası Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin tərəfdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) , Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Caspian Hydrogen Development Group” şirkəti, habelə Rusiyanın “EnergyTransProject” ETİ-sidir.

Tədbirdə nitq söyləyən Rusiya Elmlər Akademiyası müxbir üzvü, Qlobal İqlim və Ekologiya İnstitutunun direktoru Anna Romanovskaya BMT-nin iqlim konfransı COP26-da verilən qərarların müsbət və mənfi cəhətlərindən danışıb.

ADNSU rektoru Mustafa Babanlı “Azərbaycvanda karbon tənzimləməsi perspektivləri” adlı məruzə edib. “Caspian Hydrogen Development Group” şirkətin Müşahidə Şurasının sədri Teymur Abasov ölkədə bərpa olunan enerji mənbələri və hidrogen enerjisinin inkişafı və əlaqədar problemlərdən söhbət açıb.

MDBMİ ESG Transformasiyası Mərkəzinin direktoru Ruslan Əliyev karbon tullantılarının ixtisarına dair fikirlərini bölüşüb. MDBMİ Beynəlxalq Enerji Siyasəti və Diplomatiyası İnstitutunun direktor müavini İqbal Quliyev də Xəzər regionununun dayanıqlı enerji təminatından bəhs edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki