image-62591e79a0a9d62591e79a0a9e165000767362591e79a0a9962591e79a0a9b-1backend

Bakıda “Formula-1”ə hazırlıq çərçivəsində tikinti işlərinə start verilib

image-reklam_sirab_01

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkəmizdə keçiriləcək 2022 “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib.

Bu barədə məlumatı yarışın təşkilatçıları veriblər.

Bildirilib ki, Qran-pri zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.

Ötən ildən fərqli, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.

Bu gündən etibarən Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 10-12-də olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki