image-1641794233-145458370256b32f96616473-36746637backend

Bakıda şagirdlər müəllimi döyüb? – Aydınlıq gətirildi

image-reklam_sirab_01

Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbdə şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib.

Veteninfo.az xəbər verir ki, məktəbdən bildirilib ki, təhsil müəssisəsində şagirdlərin müəllimi döyməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar əsassızdır.

“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır” – məktəbdən bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki