TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Oqtay Gözəlov təcili tibbi yardım maşınlarının (ambulans) hərəkəti ilə bağlı maraqlı əmr imzalayıb.
Vətəninfo.az demokrataz-a istinadən xəbər verir ki, əmrdə qeyd olunur ki, ambulanslar xəstə aparmadan belə hərəkətdə olarkən sayrışan işıqlardan və xüsusi səs siqnallarından daim istifadə etməlidir.
Artıq direktorun bu qərarına əməl etməyən bəzi ambulans sürücüləri və həkim briqadası töhmət alıb. Belə ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Səbail rayonu üzrə bölmə müdirindən, briqada həkimindən və sürücüsündən izahat alınaraq, onlara yazılı xəbərdarlıq və töhmət verilib.
Qeyd edək ki, son günlər Bakıda təcili tibbi yardım avtomobillərinin sayrışan işıqları və xüsusi səs siqnallarını mütəmadi işə salaraq hərəkət etməsi şəhər sakinlərinin narazılığına səbəb olub.


























