image-vtb_bank-3backend

“Bank VTB Azərbaycan rəhbərliyinə təyin olunanlar buraya korrupsiya ilə məşğul olmağa gəlir” – ƏKRƏM HƏSƏNOV

image-reklam_sirab_01

Bank VTB-nin Azərbaycanda müştəriləri elə də çox deyil. Bu səbəbdən böyük və uğurlu bank ola bilməyib”.

Vətəninfo.az xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov VTB-nin Krımda filial açmasının Azərbaycanda fəaliyyət göstərən Bank VTB-yə təsiri haqqında danışarkən deyib.

image-ekrem

Ekspert bildirib ki, Bank VTB Rusiyanın ikinci iri bankıdır və Rusiya Krımı öz ərazisi saydığı üçün bank orada filialını açıb:

“Azərbaycana gəlincə, bəli, mənim də öz şəxsi müşahidələrimə əsasən əhalimizin əksəriyyəti Ukraynaya dəstək verir. Əlbəttə, Rusiyanın da Azərbaycanda tərəfdarları var. Amma bu bankın Azərbaycandakı fəaliyyətini uğurlu hesab etmək olmaz. Bankın Azərbaycan filialına Rusiyadan kimi təyin edirlərsə, bura oğurlamağa, korrupsiya ilə məşğul olmağa gəlir”.

Bankın Azərbaycandakı kredit portfelindən də danışan ekspert bildirib ki, kreditlər “ən uyğunsuz” müştərilərə verilir, buna görə də kredit siyasəti uğursuz olur:

“Özləri də bundan pul qazanır. Bu bankın Azərbaycanda imici həddən artıq mənfidir”.

Əkrəm Həsənov qeyd edib ki, Bank VTB-nin Ermənistanda da filialı var:

“Hətta 2008-ci ilə qədər Ermənistan VTB-nin Qarabağda da filialı var idi. Bu səbəbdən Azərbaycan filialın ölkə ərazisində qanunsuz fəaliyyətinə görə bağlanmasını tələb etmişdi”.

İstinad:Kommersant.az” 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki